Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/14/2025

Paylaşın

İdman

“Qarabağ” azarkeşlərinə “Napoli” ilə matç üçün ayrılan yer sayı açıqlanıb, biletlər satışa çıxır

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Napoli” ilə matç üçün”Qarabağ” azarkeşlərinə ayrılan yerlərin sayı açıqlanıb.
Baki-baku.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Oyun üçün biletlərin bu gün satışa çıxarılacağı da bildirilib. “Stadio Diego Armando Maradona”da “Qarabağ”ın azarkeşləri üçün 2480 yer ayrılıb.
Vauçerlər “iTicket.az” saytında onlayn şəkildə bu gün saat 15:00-dan etibarən satışa çıxarılacaq. Azarkeşlər ayrılmış sektorlara “Gate 26” vasitəsilə daxil olacaq.
Qeyd edək ki, “Napoli” – “Qarabağ” oyunu noyabrın 25-də, Bakı vaxtı ilə 00:00-da start götürəcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Ziyarətçilərin çoxu yəqin bilmir ki, Atatürkün gerçək məzarı mərmər sənduqənin altında deyil
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin