Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/12/2025

Paylaşın

GÜNDƏM

Bakıda Uşaq Junior Liqasının oyunlarına start verilib

КВН

Bakı şəhərində Bakı Şəhər Təhsil İdarəsi və Azərbaycan Uşaq Fondunun dəstəyi ilə keçirilən Uşaq Junior Liqasının 1/8 final oyunları baş tutdu.
Baki-baku.az xəbər verir ki, birinci oyun günündə 200, 193, 6, 18 və 160 nömrəli məktəblərin komandaları səhnədə çıxış etdilər.
Gərgin və əyləncəli yarışdan sonra 1-ci yeri 6 və 18 nömrəli məktəblər bölüşdü, 2-ci yeri 160 nömrəli məktəb, 3-cü yeri isə 193 nömrəli məktəb qazandı. 200 nömrəli məktəb çempionatı tərk etdi.
İkinci oyun günündə 7 nömrəli məktəb, “Kirpi” komandası, 17 nömrəli məktəb, “21-ci əsr” məktəbi və 189-190 nömrəli birləşmiş məktəb komandaları yarışdılar.
Nəticəyə əsasən 1-ci yeri maksimum xalla 17 nömrəli məktəb, 2-ci yeri 7 nömrəli məktəb, 3-cü yeri isə “21-ci əsr” və 189-190 məktəbləri bölüşdülər.”Kirpi” komandası liqanı tərk etdi.
Bütün oyunlar Azərbaycanın əməkdar artisti, “Bakı Oğlanları” KVN komandasının əfsanəvi üzvü, “Planeta Parni iz Baku” teatrının aktyoru Cabir İmanovun xatirəsinə bir dəqiqəlik sükutla başladı.
Münsiflər heyətində tanınmış media və mədəniyyət nümayəndələri yer almışdır:
Uşaq Fondunun direktoru – Zəhra Bədəlbəyli,
aparıcı – Xose Bernardo,
Space telekanalının direktoru – Nəriman Abdullayev,
jurnalist – Vuqar İmanov,
prodüser – Amiran Babayev,
rejissor – Rüfət Şahbazov,
yumorist – Kənan Yusifov,
“Bakı Oğlanları” komandasının aktrisası – Yana Nikitina,
şair və Junior Liqasının direktoru – Cavid Şahbazbəyov.
Axşamın aparıcısı – Liqanın bədii rəhbəri, aktyor Samandar Rzayev idi.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Nəsimi Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin