Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/12/2025

Paylaşın

GÜNDƏM

ADY: Qeyri-iş günlərində 70 minə yaxın sərnişin daşınıb

ADY

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 8-11 noyabr qeyri-iş günlərində 69 555 sərnişin daşıyıb.

Bu barədə Baki-baku.az-a ADY-dən məlumat verilib.

Bildirilib ki, qeyri-iş günlərində səhmdar cəmiyyət Abşeron dairəvi dəmir yolu ilə 58 858 nəfər, Bakı-Qazax-Bakı marşrutu ilə 6 523 nəfər (Bakı-Ağstafa-Bakı əlavə reysləri daxil olmaqla) sərnişin daşınıb.

Digər (Bakı-Qəbələ-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı və Gəncə-Mingəçevir marşrutları) – 4 174 nəfər sərnişin daşınıb.

Qeyd edək ki, ADY 8-11 noyabr tarixlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərib və bu müddət ərzində ölkədaxili marşrutlar üzrə əlavə reyslər yerinə yetirilib, vaqon sayı tələbata uyğun olaraq artırılıb. Abşeron dairəvi dəmir yolu üzrə isə qatarların hərəkəti şənbə və bazar günlərinin qrafikinə uyğun tənzimlənib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycan ərazisində noyabrın 13-ə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin