Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/10/2025

Paylaşın

GÜNDƏM

Bayraq Günü münasibətilə Bakıda veloyürüş keçirilib

Bayraq Günü, Veloyürüş

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası, Dənizkənarı Bulvar İdarəsi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə veloyürüş keçirilib.

Baki-baku.az-ın məlumatına görə, Dövlət Bayrağı Meydanından start götürən veloyürüşdə gənclər və idman naziri Fərid Qayıbov da öz velosipedi ilə iştirak edib.

300-dən artıq peşəkar və həvəskar velosipedçi, o cümlədən paravelosipedçilər Dənizkənarı Bulvar ərazisindəki velosiped yolları ilə Zəfər Parkına doğru hərəkət ediblər.

“Crescent Mall”un yaxınlığından Zəfər Parkınadək iştirakçıları Azərbaycan bayraqlarını daşıyan motosikletçilər müşayiət edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-przidenti Sahib Ələkbərov bildirib ki, veloyürüşün keçirilməsində əsas məqsəd Dövlət Bayrağı Gününün ictimai əhəmiyyətini vurğulamaq, gənclərimizdə şanlı Zəfər Bayrağımıza hörmət və ehtiram hissləri aşılamaq, elitar idman növü hesab olunan velosiped idmanına yeniyetmə və gəncləri daha çox cəlb etmək, eləcə də ölkə ərazisində salınan velosiped yollarından istifadəni təşviq etməkdən ibarətdir.

Veloyürüş Zəfər Tağı qarşısında vətənpərvərlik ruhunda yazılmış musiqi nömrələri və “Yallı” rəqsi ilə yekunlaşıb.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bayram konserti zəngin proqram və möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Ən son

GÜNDƏM

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası, Dənizkənarı Bulvar İdarəsi və

GÜNDƏM

9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası, Dənizkənarı Bulvar İdarəsi və
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin