Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/07/2025

Paylaşın

GÜNDƏM

Bakı metropoliteni Zəfər Günündə gücləndirilmiş iş rejimində çalışacaq

Bakı metropoliteni Zəfər Günündə gücləndirilmiş iş rejimində, Bakı metropoliteni, Zəfər Günü

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC 8 noyabrda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Baki-baku.az QSC-yə istinadla xəbər verir ki, Zəfər Gününə həsr edilmiş hərbi parad və konsert proqramı ilə əlaqədar mərkəzi ərazilərə yaxın yerləşən “İçərişəhər”, “Sahil” və “28 May” xüsusi qaydada olmaqla, bütün stansiyalarda növbətçilik cədvəli əsasında nəzarət mexanizmləri gücləndiriləcək.

Şəhər mərkəzində keçiriləcək tədbirlərdə iştirak edəcək sərnişinlərin təhlükəsiz və rahat daşınması, eləcə də səmti daha asan müəyyən etmələri üçün stansiyalara əlavə işçi qüvvəsi cəlb ediləcək.

Həmçinin zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fövqəladə Hallar Nazirliyi (FHN) Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin