Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/07/2025

Paylaşın

GÜNDƏM

“Zəfərin rəngləri” adlı sərginin açılışı keçirilib

Noyabrın 6-da Azərbaycan Milli İncəsənət Muzeyində 44 günlük Vətən müharibəsində qazanılmış Qələbənin 5 illiyinə həsr olunmuş “Zəfərin rəngləri” adlı sərginin açılışı keçirilib.
Baki-baku.az xəbər verir ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşıb.
Əvvəlcə Vətən uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Daha sonra muzeyin direktoru Şirin Məlikova və Rəssamlar İttifaqının birinci müavini, Xalq rəssamı Salhab Məmmədov çıxış edərək sərginin qələbəmizin sənət salnaməsinə çevrildiyini, Vətən sevgisi və milli qürur hissinin rənglərdə əks olunduğunu vurğulayıblar.
Ekspozisiyada tanınmış və gənc rəssamların Qarabağın təbiətinə, qəhrəmanlarımıza, azad edilmiş torpaqlarda aparılan quruculuğa və Böyük Qayıdışa həsr edilmiş əsərləri nümayiş olunur. Xalq rəssamları Arif Hüseynov, Sirus Mirzəzadə, Əməkdar rəssamlar Adil Şıxəliyev, Elşən Hacızadə, eləcə də müasir sənət nümayəndələri Vəfa Pənahova, İntiqam Ağayev, Nigar Vəliyeva, Hafiz Kərimov, Ülkər Əliyeva və başqalarının müxtəlif texnikalarda işlədikləri əsərlər sərgilənir.
“Cıdır düzü”, “Xarıbülbül”, “Xudafərin körpüsü”, “Zəfərin şəfəqi”, “Şuşa, sən azadsan” kimi kompozisiyalar ekspozisiyanın əsas ideya xəttini təşkil edir.
Sərgi 9 noyabradək davam edəcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əməkdar artist Vahid Əliyev vəfat edib.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin