Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/05/2025

Paylaşın

GÜNDƏM

Paytaxtda Şanlı Zəfərin 5-ci ildönümünə həsr edilən ağacəkmə aksiyası keçirilib

Şanlı Zəfərin 5-ci ildönümünə həsr edilən ağacəkmə aksiyası, Bakı Şəhər İcra Hakimiyyəti, “Regional İnkişaf” İctimai Birliyi, Nərimanov rayonu, Ağacəkmə aksiyası

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonunda, Məmməd Araz küçəsi ilə Molla Cümə küçələrinin kəsişməsindəki bağda 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib.

BŞİH-in mətbuat xidmətindən Baki-baku.az-a bildirilib ki, iştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 500 ədəd yeni ağac əkilib.

Aksiya Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakının yaşıllaşdırılması, bitkilərə qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda bu gün İngiltərənin "Çelsi" klubu ilə üz-üzə gələcək.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin