Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/04/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan incəsənət nümayəndələrinin Antalyada konsert proqramı keçirilib

Azərbaycan incəsənət nümayəndələri

Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Antalya şəhərində keçirilən Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu gedişində noyabrın 3-də incəsənət nümayəndələrimizin geniş konsert proqramı təqdim olunub.

Baki-baku.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkil etdiyi musiqi axşamı hazırda Antalyada davam edən Türkiyə Mədəniyyət Yolu Festivalı çərçivəsində Antalya Dövlət Opera və Balet Teatrında keçirilib.

Konserti mədəniyyət naziri Adil Kərimli, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Antalya şəhər rəhbərliyi, 40-dək ölkədən gəlmiş Azərbaycanın mədəniyyət elçiləri və Antalya ictimaiyyətinin nümayəndələri izləyiblər.

Musiqi və rəqs mədəniyyətimizin təntənəsinin yaşandığı gecədə Xalq artistləri Polad Bülbüloğlu, Fərhad Bədəlbəyli, Murad Hüseynov, Nəzakət Teymurova, Teyyub Aslanov, Murad Adıgözəlzadə, Əlixan Səmədov, Əvəz Abdullayev, eləcə də Əməkdar artistlər Elnarə Məmmədova, Ceyla Seyidova, Elvin Qəniyev və digər solistlər çıxış ediblər. Səslənən Azərbaycan və dünya bəstəkarlarının əsərləri, muğam və xalq mahnılarımız alqışlarla qarşılanıb.

Azərbaycan Dövlət Rəqs Ansamblı və Əməkdar artist Eteri Cəfərovanın təqdim etdiyi bir-birindən maraqlı milli rəqs nümunələri də tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunub.

Konsertin sonunda nazir Adil Kərimli, Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və səfir Rəşad Məmmədov səhnəyə çıxaraq incəsənət ustalarımıza möhtəşəm sənət nümayiş etdirdiklərinə görə təbriklərini çatdırıb və birgə xatirə fotoları çəkdirilib.

Xatırladaq ki, Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu noyabrın 4-də maraqlı tədbir və təqdimatlarla öz işini davam etdirəcək.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İnsanlar yuxularını necə görür? Rəngli, yoxsa qara-ağ?

Ən son

HƏR ŞEYDƏN

Azərbaycanın geniş çöllərində, günəşin altında tək-tənha bitən, acı qoxusuyla uzaqdan tanınan bir bitki var –

HƏR ŞEYDƏN

Azərbaycanın geniş çöllərində, günəşin altında tək-tənha bitən, acı qoxusuyla uzaqdan tanınan bir bitki var –
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin