Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 11/02/2025

Paylaşın

GÜNDƏM

Daş Salnamə Muzeyində “Suyun sirri” pantomim tamaşası təqdim olunub

“Suyun sirri” pantomim tamaşası, Daş Salnamə Muzeyi, "Suyun sirri, Leyla Əliyeva, Arzu Əliyeva, Alena Əliyeva

Daş Salnamə Muzeyində “Bakıya Uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı üçün xüsusi hazırlanan “Suyun sirri” pantomim tamaşası təqdim olunub.

Baki-baku az xəbər verir ki, tədbirdə iştirak edən “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva səhnə əsərini izləyiblər.

Tamaşanın mövzusu incəsənət festivalının əsas elementi kimi seçilən su üzərində qurulub. Xalq artisti, pantomim aktyoru Pərviz Məmmədrzayevin müəllifi olduğu layihə insan və su arasındakı əbədi bağlılığı təsvir edir.

Pərviz Məmmədrzayevlə yanaşı, layihəyə 7 aktyor cəlb edilib. Tamaşada səssiz, lakin dərin ifadələrlə insanların çox çətinliklə həyatın mənbəyi hesab olunan suyu axtarmaları səhnələşdirilib.

Layihənin məqsədi Bakını qlobal səviyyədə əks-səda yaradan, bir şəhər olaraq ənənə və müasirliyi birləşdirən, müxtəlif fikirləri bir araya gətirən və gələcək nəsillərə ilham verən mədəniyyət paytaxtı kimi təqdim etməkdir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub

Ən son

GÜNDƏM

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti

GÜNDƏM

Bakıda Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümünə həsr olunmuş "Qələbə qaçışı" adlı növbəti
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin