Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/31/2025

Paylaşın

GÜNDƏM

Abadlaşan Maştağaya yaraşmayan dayanacaqlar – ŞİKAYƏT

Maştağa qəsəbəsində Bakı Abadlıq Xidməti tərəfindən həyata keçirilən abadlıq və bərpa işləri qəsəbənin simasını nəzərəçarpacaq dərəcədə dəyişir. Görülən işlər çərçivəsində infrastruktur və kommunikasiya layihələrin mərhələlərlə həyata keçirilməsi, dam örtüklərinin yenilənməsinin, fasadların, yolların təmirinin müəyyən edilmiş ardıcıllığa uyğun həyata keçirilməsi nəzərdə tutulur. Həmçinin artıq qəsəbənin işıqlandırılması istiqamətində əhəmiyyətli işlər aparılıb, buradakı mərkəzi park tamamilə yenilənib, estetik görünüşə xələl gətirən, qanunsuz ticarət obyektləri ilə bağlı müvafiq tədbirlər görülür.
Qəsəbə sakinləri də bu dəyişiklikləri razılıqla qarşılayır, Maştağanın getdikcə daha səliqəli və gözəl göründüyünü bildirirlər.
Lakin sakinlərin narazı qaldığı bir məsələ də var: köhnə və baxımsız vəziyyətdə olan avtobus dayanacaqları.
Baki-baku.az xəbər verir ki, bəzi yerlərdə dayanacaqlar ya pas atıb, ya da ümumiyyətlə yararsız hala düşüb. Nəticədə, insanlar yağışlı və küləkli havalarda çətinlik çəkirlər.
Bu məsələ Bakı Abadlıq Xidmətinin səlahiyyətində olmasa da, sakinlər təbii olaraq eyni ərazidə aparılan işlər fonunda dayanacaqların da yenilənəcəyini ümid ediblər. Dayanacaqların yenilənməsi və quraşdırılması Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) səlahiyyətinə daxildir.
Lakin quruma bu məsələ ilə bağlı ünvanlanan sorğu cavabsız qalıb. Belə olan halda, sakinlərin haqlı narazılığı da başadüşüləndir. Çünki abadlaşan, səliqəyə salınan küçələr fonunda köhnə, paslı dayanacaqlar artıq daha da diqqət çəkir və ümumi mənzərəyə yaraşmır.
Qəsəbə əhalisi ümid edir ki, AYNA yaxın zamanda bu məsələni diqqətə alacaq və Maştağada müasir, rahat və estetik baxımdan uyğun dayanacaqların quraşdırılmasına başlanılacaq.
Abadlıq işləri ilə gözəlləşən Maştağanın yeni simasına yaraşacaq dayanacaqların quraşdırılması isə həm sakinlərin rahatlığına, həm də şəhər infrastrukturunun bütövlüyünə xidmət etmiş olacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az bildirir, məhz günahkarlıq və məsuliyyət arasındakı çaşqınlıq, böyüklərdə daxili yanma və narahatlığın ən çox rast gəlinən səbəblərindən

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, 2013–2014-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və iki mərhələdən — rayon

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, 2013–2014-cü il təvəllüdlü yeniyetmələr arasında keçirilən və iki mərhələdən — rayon
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin