Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/24/2025

Paylaşın

GÜNDƏM

Bakıda Ağ Amerika kəpənəklərinə qarşı dərmanlama işləri aparılıb

Bakıda Ağ Amerika kəpənəklərinə qarşı dərmanlama işləri aparılıb.
Baki-baku.az-a bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.
Bildirilib ki, son günlərdə paytaxtın bəzi ərazilərində əsas etibarilə tut ağaclarını qurd basması halları müşahidə olunur. Ağaclarda toplanan qurdlar, həyətlərə, yaşayış binalarına, yol kənarlarına da çıxır. Bu da öz növbəsində sakinləri narahat edir. Məsələ ilə əlaqədar mütəxəssislər tərəfindən qurdların müşahidə edildiyi ərazilərə baxış keçirilib və müəyyən edilib ki, bu qurdlar Ağ Amerika kəpənəyinin tırtıllarıdır.
Bu kəpənək 120 növ bitkiyə, tut ağacının müxtəlif növlərinə, alça, alma, gavalı, ərik, armud, şaftalı, göyəm, itburnu, yasəmən, göyrüş, qovaq, qarağat və s. növlərə zərər verir. Abşeronda aparılan tədqiqat zamanı onun 30 növ bitki ilə qidalanması müəyyən olunub. Onu qeyd edək ki, sözügedən həşəratların insan sağlamlığı üçün heç bir zərəri yoxdur.
Bitkilər üçün zərərli olan orqanizmin ləğv edilməsi üçün Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin mütəxəssisləri tərəfindən bir çox mübarizə tədbirlərindən istifadə olunur. Amerika ağ kəpənəyi Azərbaycan üçün yeni invaziv növ olması nəzərə alınaraq, aşkar edildiyi təqdirdə, onun sayından asılı olmadan bütün ocaqlarının tamamilə məhv edilməsi üçün mübarizə tədbirləri tətbiq edilir.
Qeyd edilənlərlə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən tədbirlər planı hazırlanıb, ərazidə gündəlik monitorinqlər keçirilir və kəpənək qurdlarının aşkar edildiyi ərazilərdə xüsusi vasitələrlə dərmanlama işləri həyata keçirilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi sabahdan aeroport yolunun bir hissəsində tətbiq olunacaq məhdudiyyətlərlə bağlı hərəkət iştirakçılarına təkrar

Ən son

SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münhendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

SİYASƏT

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 14-də Münhendə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin