Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/22/2025

Paylaşın

GÜNDƏM

Ağdam Dövlət Dram Teatrının səhnəsində yeni tamaşa

“Şuşanı al bizimçün”, Ağdam Dövlət Dram Teatrı

Ağdam Dövlət Dram Teatrının səhnəsində ilk dəfə fərqli üslubda – multimedial tamaşa nümayiş olunacaq.

Baki-baku.az xəbər verir ki, səhnə əsərinin premyerası oktyabrın 30-da olacaq.

Yazıçı-dramaturq İlqar Fəhminin “Şuşanı al bizimçün” pyesi əsasında ərsəyə gələn eyniadlı tamaşanın quruluşçu rejissoru Racu Şıxlı, quruluşçu rəssamı Müşfiq Qarayev, işıq rəssamı Anar Şükürov, musiqi tərtibatçısı Azər Şükürov, rejissor assistenti Xaliq Abdullazadədir.

İkinci Qarabağ müharibəsindəki hadisələrin mənəvi-psixoloji aspektlərini önə çıxaran tamaşada rolları Əməkdar artist Aidə Qasımova, aktyorlar Afərdə Sabirqızı, Qalib Abdullazadə, Fərhad Fərhadzadə, Afaq Əliyeva, Nurşən Xudadatova, Camal Zamanov, Ülviyyə Qasımova, Zərifə Ağayeva, Sərdar Əlizadə, Behbud Əsgərov və Rüstəm Məmmədov ifa edirlər.

Əsər 44 günlük Vətən müharibəsi dönəmində arxa cəbhədəki bir ailənin psixoloji travmalarından yaranmış gərginlik və qarşılıqlı ziddiyyətlərdən bəhs edir. Müəllif pyesi 2020-ci ildə – müharibənin ilk 10 günlüyündə qələmə alsa da quruluş müəllifinin istəyi ilə mövzuya Zəfəri, yəni müharibənin sonluğunu da əlavə etmişdir. Belə ki, R. Şıxlı müəlliflə birgə yenidən əsər üzərində işləmiş, rejissor yozumunda əsərin finalını zəfərə qədər gətirib çıxartmışdır.

Fərqli janrda – psixoloji-ictimai-patriotik-ailə dramı olaraq öz səhnə həllini tapmış əsər tamaşaçı ümumilikdə müharibənin insan hisslərində buraxdığı dərin izlərin fərqli hadisələr və ruh halları fonunda yaratdığı təəssüratı korrekt təqdim etməyə çalışır.

Onu da qeyd edək ki, əsərin motivləri əsasında “Qarabağ Azərbaycandır!” adlı qısametrajlı kollaj-sənədli film də çəkilmişdir. Filmin ideya müəllifi Məhəmməd Hüseynov, ssenari müəllifi və quruluşçu rejissoru Racu Şıxlı, montaj və təsvir rejissoru “Ümüd” mükafatçısı Anar Əhməddir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bolonya və Modena şəhərləri arasında baş verən bu hadisə tarixə “Vedrə uğrunda müharibə” adı ilə düşdü və Avropanın

Ən son

GÜNDƏM

Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını

GÜNDƏM

Bu gün saat 18:30 radələrində "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında 60-65 yaşlarında kişi sərnişin dünyasını
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin