Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/22/2025

Paylaşın

GÜNDƏM

Xaqani küçəsində mikromobillik zolağının təşkilinə başlanılıb

Xaqani küçəsində mikromobillik zolağı, Xaqani küçəsi, AYNA

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı şəhərində mikromobillik infrastrukturunun inkişaf etdirilməsi istiqamətində işlər davam etdirilir.

Baki-baku.az AYNA-ya istinadla xəbər verir ki, məqsəd şəbəkənin davamlılığına nail olmaq və mikromobillik vasitələrindən istifadə edən hərəkət iştirakçılarının təhlükəsizliyini və rahatlığını təmin etməkdir.

Kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.

Görülən işlər çərçivəsində daha əvvəl Xaqani küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsindən Puşkin küçəsinədək təşkil edilən mikromobillik şəbəkəsi hazırda Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər uzadılır.

Bununla da Xaqani küçəsində olan zolaqlar Bülbül prospektindəki zolaqlarla əlaqələndirilir. Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri həyata keçirilir. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılması həyata keçiriləcək.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 42 ünvanında

Ən son

GÜNDƏM

Azərbaycanda fevralın 15-də havanın yağmurlu keçəcəyi gözlənilir.

GÜNDƏM

Azərbaycanda fevralın 15-də havanın yağmurlu keçəcəyi gözlənilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin