Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/20/2025

Paylaşın

GÜNDƏM

Vatikan səfəri – humanitar prinsiplərin qorunmasında və təbliğində yeni səhifə

Bütün həyatını milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunmasına, humanitar prinsiplərin tədqiq və təbliğinə həsr edən Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri qlobal humanitar diplomatiya tarixinətöhfə, dini-bəşəri dəyərlərə sonsuz ehtiramın əlamətidir. Mehriban Əliyevanın Vatikan səfəri bir çox baxımdan mühüm əhəmiyyətə malikdir. Səfərin qayəsini Heydər Əliyev Fondunun dəstəyi ilə Müqəddəs Kommodilla katakombalarının bərpasının açılışı təşkil edirdi. Mehriban Əliyeva səfər çərçivəsində Roma Papası XIV Leo, Vatikanın dövlət katibi kardinal Pietro Parolinlə görüşmüş, görüş zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi, bu əməkdaşlığın ümumbəşəri əhəmiyyəti qeyd olunmuşdur.

Səfər zamanı Bakıda ikinci Katolik kilsəsinin inşası ilə bağlı Azərbaycan dövlətinin qərarı da elan edildi və bu qərar Vatikan rəhbərliyi tərəfindən təqdirlə qarşılandı.

Azərbaycan Respublikasının Birinci Vitse-prezidentinin Vatikan səfəri xalqımız, dövlətimizlə bağlı bir sıra həqiqətləri yenidən gündəmə gətirdi. Sübut etdi ki, Azərbaycan dövləti humanitar diplomatiyaya mühüm əhəmiyyət verir, bunu bütün bəşəriyyətin inkişafı, onun dəyərlərinin qorunub saxlanılması baxımından zəruri hesab edir. Bu mənada Mehriban Əliyevanın Vatikan səfəri qlobal humanitar diplomatiyaya tarixi töhfədir.

Yalnız birlik, həmrəylik sivilizasiyaları xilas edə bilər

Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca rəsmi səfəri və  səfər zamanı keçirdiyi görüşlər bir daha onu da sübut etdi  ki, Azərbaycan xalqı ümumbəşəri dəyərlərə, bu dəyərlərin qorunub saxlanılmasında və gələcək nəsillərə ötürülməsində maraqlıdır. Azərbaycan dövləti milli dəyərlərlə yanaşı, ümumbəşəri dəyərləri  mühafizə etmək üçün ardıcıl səylər ortaya qoyur, sadəcə nəzəri deyil, praktiki baxımdan da ciddi işlər görür.

Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın bu səfəri eyni zamanda sübut etdi ki, Azərbaycan xalqı həqiqətən də tolerant xalqdır və dini mənsubiyyətindən asılı olmayaraq, dünyanın maddi-mədəni irsi siyahısına daxil olam  bütün dini – tarixi və mədəni abidələrin mühafizəsinə diqqət ayırır. Bunu sadəcə xarici ölkələrdə yerləşən sivilizasiya nümunələrinə deyil, eyni zamanda Azərbaycandakı dini-mədəni abidələrə münasibətdə də görmək mümkündür.

Təkcə bir faktı qeyd edək ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilən torpaqlarımızda dağıdılan bütün abidələr dini mənsubiyyətindən asılı olmayaraq bərpa edilir, yenidən qurulur.

Birinci Vitse-prezidentin Vatikan səfəri və səfər zamanı səsləndirdiyi fikirlər digər xalqlar və dövlətlər üçün də konkret çağırış və mesaj hesab oluna bilər. Mehriban Əliyeva Vatikan zəfəri və bu səfər çərçivəsində görülən işlər, səsləndirdiyi fikirlərlə təsdiq etdi ki, planetimizin gələcəyi sülhün və təhlükəsizliyin qorunub saxlanılması beynəlxalq əməkdaşlıqdan, ümumbəşəri dəyərlərə sahib çıxmaqda, dinlərarası və mədəniyyətlərarası dialoqu daha da inkişaf etdirməkdən əhəmiyyətli dərəcədə asılıdır. Məhz bu sahədə həyata keçirilən əməkdaşlıq, gerçək həmrəylik dünyadakı bütün sivilizasiyaları xilas edə bilər.

Dinlərin, sivilizasiyaların, mədəniyyətlərin dialoquna töhfə

Sivilizasiyaların, mədəniyyətlərin dialoq, dinlərin tolerantlıq ünvanı olan Odlar Yurdu Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində himayə olunur, qorunur, tədqiq və təbliğ edilir. Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfəri Müqəddəs Pavel Bazilikasının Heydər Əliyev Fondu tərəfindən bərpasından sonra açılışında iştirakı, Bazilikanın Baş keşişi ilə fikir mübadiləsi aparması, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin binasının acılışına xeyir-dua verməsi onun humanitar dəyərlərə, dövlətlərarası münasibətlərə, beynəlxalq siyasətə, dövlət idarəçilik sisteminə verdiyi töhfənin əlamətidir.

Müqəddəs Taxt-Tacı özünün qibləsi hesab edən milyonlarla katolikin səcdəsinə durduğu Pavel Bazilikasının bərpası ilə Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva bir daha sübut etdi ki, onun rəhbərlik etdiyi fond ölkəsində olduğu kimi, Yaxın və Orta Şərqdə, o cümlədən Avropada da dinlərin, sivilizasiyaların, mədəniyyətlərin dialoquna töhfələr verir. Dünyaya mizan və nizam gətirmək, insanları dialoqa çağırmaq üçün dörd səma kitabını mələklərin qanadında Yer üzünə endirən, onun 124 min peyğəmbərlə müjdələyən Ulu Tanrının qaydalarına hörmətlə yanaşır, məscidlərdə olduğu kimi sinaqoq və kilsələrdə də dualar edir, bəşəriyyəti birliyə, bütövlüyə, sülhə, sabitliyə, əmin-amanlığa səsləyir.

Şərəf Cəlilli

Yazıçı-publisist

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu il ilin 9 ayı ərzində piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri respublika üzrə ümumi yol qəzalarının 39,1
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin