Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/14/2025

Paylaşın

GÜNDƏM

Bakıda yeni parklanma yerləri təşkil edilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda yeni parklanma yerləri təşkil edib.
Baki-baku.az agentliyə istinadən xəbər verir ki, ödənişli parklanma məntəqələri Hüseyn Cavid və Atatürk prospektlərində, 2-ci Fəvvarələr, 1-ci Yaşıl ada, Seyid Cəfər Pişəvəri, Landau, Həsən bəy Zərdabi, Nəcəf bəy Vəzirov, Ağadadaş Qurbanov, Mərdanov qardaşları, Dilarə Qədirbəyova və Adil Məmmədov küçələrində yaradılaraq sürücülərin istifadəsinə verilib.
Parklanma yerləri təşkil edilən zaman fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün də müvafiq şərait yaradılır.
Yaxın günlərdə Dadaş Bünyadzadə, Yeni Yasamal, Məhəmməd Xiyabani, Bəhruz Nuriyev, Naxçıvanski, Şirin Mirzəyev, Məshəti Gəncəvi, Mehdi Abbasov, Bəkir Çobanzadə və Ədhəm Orucəliyev küçələrində parklanma yerləri istifadəyə veriləcək. Nişanlanma xətlərinin çəkildiyi küçələrdə müvafiq yol nişanları quraşdırılacaq və yeni məntəqələr nəqliyyat vasitələri sahiblərinin ixtiyarında olacaq.
Parkinqə tələbatın az olduğu ərazilərdə isə ödənişsiz parklanma yerlərinin təşkili davam etdirilir. Belə ki, İzzət Nəbiyev, Şövqiyar Abdullayev, Xəlil Rza Ulutürk və Ələsgər Qayıbov küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir.
Xatırladaq ki, “Yol hərəkəti haqqında” qanuna əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyə qədər parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.
Parklanmanın düzgün idarə edilməsi küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən səmərəli istifadə etməyə imkan yaradır.

Bənzər Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Təbiət aləmində aldadıcı davranışlar təkcə hiylə deyil, həm də yaşamaq üçün bir vasitədir.

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Dünyanın ən qədim və ən qiymətli ədviyyatlarından biri olan hil, həm dadı, həm də faydaları

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Dünyanın ən qədim və ən qiymətli ədviyyatlarından biri olan hil, həm dadı, həm də faydaları
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin