PODKASTLAR

“BakıBaku” podkastı qonaqlarla yalnız Bakının yox, həm də şəhərin gündəlik həyatına, mədəniyyətinə, inkişafına və gələcəyinə dair maraqlı müzakirələr aparır. Burada Bakının dünənindən bu gününə qədərki dəyişikliklər, şəhərin insanları və dinamikası, həmçinin gələcək perspektivlər müzakirə olunur. Podkastımızda, təkcə tarixi hadisələr və mədəni irs deyil, eyni zamanda sakinləri maraqlandıran mövzular, yeniliklər və sosial dəyişikliklər də təhlil edilir.

Play Video
Bu buraxılışda tanınmış fotoqraf Reza Deghati Bakı haqqında unudulmaz xatirələrini paylaşır. O, şəhərin transformasiyası, zəngin ziyalı irsi və 1990-cı il 20 Yanvar hadisələrini lentə alarkən yaşadığı unudulmaz təcrübələri xatırlayır. Reza, ikonok fotolarının arxasındakı hekayələri və fərqli rakurslardan Bakını necə gördüyünü bizimlə bölüşür.