Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/06/2025

Paylaşın

GÜNDƏM

Bakı sakinlərinin istirahət məkanı seçimi: parklar, ticarət mərkəzləri, yoxsa kafelər?

İstirahət

Paytaxtın ritmi sürətlidir. İş, tıxac, səs-küy və yorucu günlərdən sonra hər kəsin axtardığı bir şey var: rahatlıq. Bəs Bakı sakinləri bu rahatlığı harada tapır? Parkların təmiz havasında, ticarət mərkəzlərinin sərin zalında, yoxsa sevdikləri kafelərin sakit guşəsində?

Baki-baku.az bu yazıda paytaxt sakinlərinin istirahət üçün üz tutduğu məkanlara nəzər yetirir.

Parklar: təbiətin qoynunda nəfəs almaq

Son illər Bakıda park mədəniyyəti əhəmiyyətli dərəcədə inkişaf edib. Dənizkənarı bulvar, Mərkəzi Nəbatat Bağı, Filarmoniya Bağı, “Dədə Qorqud”, “Sevgi”, “Çəmbərəkənd”, “Antena”, “Gənclik” parkları və sair paytaxt sakinlərinin ən çox üz tutduğu məkanlardandır.

Burada insanlar sadəcə gəzintiyə çıxmır, ailələri ilə vaxt keçirir, uşaqlarını gəzməyə aparır, idman edir və ya sakitcə dənizə baxıb düşünürlər. Parklar həm də şəhərin “nəfəs orqanıdır”. Səs-küydən, texnologiyadan uzaq təbiətin içində bir növ balans tapmaq yeridir.

Amma payız və qış aylarında açıq havada istirahət çətinləşdiyindən parklara axın daha çox yaz və yay fəslində olur.

Ticarət mərkəzləri: İstirahətin müasir ünvanı

Bakı sakinlərinin digər sevimli ünvanı ticarət mərkəzləridir.

Paytaxtda sürətlə artan iri ticarət mərkəzləri artıq təkcə alış-veriş yeri deyil, həm də əyləncə, istirahət və görüş məkanı kimi qəbul olunur. Burada kinoteatrlar, restoranlar, oyun zonaları və hətta sakit oxu guşələri var.

Xüsusilə gənclər üçün bu məkanlar həm sosiallaşmaq, həm də şəhər həyatının ritmini hiss etmək baxımından cazibəlidir.

Lakin ticarət mərkəzlərinin artması Bakı sakinlərini təbiətdən uzaqlaşmır.

Kafelər: şəhər həyatının sosial ritmi

Bakıda kafe mədəniyyəti son on ildə sürətlə formalaşıb. İçərişəhərdən Nərimanova, Badamdardan Xətaiyə qədər hər küçədə fərqli üslubda kafelər görmək mümkündür.

Bura insanlar təkcə qəhvə içməyə deyil, dostlarla söhbətə, iş görüşünə və bəzən sadəcə sakitlik üçün gəlir. Kafelər şəhər insanı üçün bir növ “şəxsi zona”ya çevrilib.

Həmçinin sosial şəbəkələrdə paylaşımlar üçün estetik atmosfer yaradan kafelər xüsusilə gənc nəsili özünə cəlb edir.

Bakı sakinlərinin seçimi nəyi göstərir?

Müşahidələr göstərir ki, Bakı sakinləri istirahət məkanı seçimində fəsildən, yaşdan və həyat tərzindən asılı olaraq fərqlənir.

Gənclər daha çox ticarət mərkəzlərini və kafeləri üstün tutur. Ailələr və yaşlı nəsil parkları seçir. Yayda açıq hava, qışda isə qapalı məkanlar daha çox seçilir.

Bu müxtəliflik paytaxtın rəngli həyat tərzini əks etdirir. Bakı həm təbiətin, həm də müasirliyin birləşdiyi şəhərdir.

Elvin Camalov

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu barədə Baki-baku.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib

Ən son

İdman

Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatını 8 (2 qızıl, 3 gümüş və

İdman

Azərbaycan boksçuları Monteneqronun Budva şəhərində keçirilən U-15 Avropa çempionatını 8 (2 qızıl, 3 gümüş və
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin