Haqqımızda
2024-cü il yanvarın 10-da fəaliyyətə başlayan “Baki-baku.az” MMC 1958-ci ildə jurnalist, elm xadimi və ictimai xadim Nəsir İmanquliyev tərəfindən yaradılan “Bakı” və “Baku” axşam qəzetlərinin onlayn versiyasıdır.
Saytda gündəlik olaraq Azərbaycanın vacib xəbərləri, xüsusilə də Bakının siyasi, iqtisadi, sosial, mədəni, idman və tarixi barədə xəbərlər, məqalələr dərc edilir. Həmçinin dünyada baş verən maraqlı hadisələr də saytın oxucuları üçün təqdim olunur.