Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/08/2025

Paylaşın

GÜNDƏM

Azərbaycan nümayəndə heyəti 5-ci “Korkut Ata” Türk Dünyası Film Festivalında iştirak edib

“Korkut Ata” Türk Dünyası Film Festivalı, “Korkut Ata”

Qazaxıstanın Aktau şəhərində 5-ci “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilib.

Baki-baku.az xəbər verir ki, Türk dünyası kinematoqrafiyasının inkişafı və qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsi baxımından mühüm platforma olan festivalın açılış mərasimində Azərbaycan nümayəndə heyəti də iştirak edib. Festival günləri ərzində Azərbaycan filmlərinin nümayişi, yaradıcı görüşlər və kino müzakirələri təşkil olunub.

Festivalın ikinci günündə TÜRKSOY-a üzv ölkələrin kino rəhbərlərinin iştirakı ilə kino sammiti baş tutub. Sammitdə Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin nümayəndə heyəti də iştirak edib.

Sammitdə üzv ölkələrin kino rəhbərləri gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Tədbirin sonunda Qazaxıstan və Azərbaycan arasında “Kinematoqrafiya sahəsində əməkdaşlıq” memorandumu imzalanıb.
Festivalın sonuncu günündə təntənəli bağlanış mərasimi keçirilib. Yekun nəticələrinə əsasən, Azərbaycan filmləri bir neçə nominasiyada mükafatlara layiq görülüb:

“Tağıyev: Neft” bədii filmi – Tammetrajlı film kateqoriyasında “Ən yaxşı aktyor” nominasiyası,

“Bəlkə də” bədii filmi – Tammetrajlı film kateqoriyasında “Ən yaxşı ssenari” nominasiyası,

“Nargin” bədii-sənədli filmi – Sənədli film kateqoriyasında “İkinci yer” mükafatı.

“Tağıyev: Neft” və “Nargin” filmləri Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kino Agentliyinin dəstəyi ilə istehsal olunub.

Bənzər Xəbərlər

Rüstəm Hüseynov ―AMEA Arxeologiya və Antropologiya İnstitutunun işçisi, tarix, təhsil və bədii sənət layihələrin kuratoru, sənədli film rejissorudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İçərişəhərin dar küçələrində addımlayanda zaman sanki yavaşlayır, bəlkə də, lap keçmişə qayıdır. Qədimliyin qoxusunu özündə daşıyan divarlar, eyvanlardan

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin