Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/07/2025

Paylaşın

GÜNDƏM

Prezident İlham Əliyev Qəbələdə Türkmənistan Xalq Məsləhətinin Sədri ilə görüşüb

Prezident İlham Əliyev Qəbələdə, Qurbanqulu Berdiməhəmmədov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Qəbələdə Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.

Baki-baku.az xəbər verir ki, Qurbanqulu Berdiməhəmmədov Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkmənistan dövlətinin başçısına çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistan Xalq Məsləhətinin Sədri ilə görüşləri, həmçinin onun bu ilin iyulunda ölkəmizə səfəri məmnunluqla xatırlandı.

Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunuldu, bu sammitin türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi və xalqlararası əlaqələrin daha da inkişaf etdirilməsində rolu vurğulandı.

Görüşdə qardaşlıq, mehriban qonşuluq və əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan-Türkmənistan dövlətlərarası əlaqələrinin hazırkı səviyyəsi yüksək qiymətləndirildi, xalqlarımızı dərin qardaşlıq ənənələrinin birləşdirdiyi qeyd olundu. Siyasi, iqtisadi, nəqliyyat, energetika, parlamentlərarası, humanitar, mədəni, təhsil və digər sahələrdə əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlığına toxunuldu.

Azərbaycan Prezidenti və Türkmənistan Xalq Məsləhətinin Sədri əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi apardılar.

Bənzər Xəbərlər

Rüstəm Hüseynov ―AMEA Arxeologiya və Antropologiya İnstitutunun işçisi, tarix, təhsil və bədii sənət layihələrin kuratoru, sənədli film rejissorudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

İçərişəhərin dar küçələrində addımlayanda zaman sanki yavaşlayır, bəlkə də, lap keçmişə qayıdır. Qədimliyin qoxusunu özündə daşıyan divarlar, eyvanlardan

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi edilən xəbərdarlığı nəzərə alaraq, sürücü və
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin