Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 10/07/2025

Paylaşın

GÜNDƏM

Doqquz ayda Bakıda 540 mindən çox uşaq icbari dispanserizasiyaya cəlb olunub

Dispanserizasiya

Bakı şəhəri üzrə yanvar-sentyabr aylarında 540 mindən çox uşaq icbari dispanserizasiyaya cəlb olunub.

Bu barədə Baki-baku.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, cari ilin yanvar-sentyabr ayları ərzində Bakı şəhərinin Yasamal, Səbail, Binəqədi, Nəsimi, Nərimanov, Suraxanı, Sabunçu, Xətai, Qaradağ, Nizami və Xəzər rayonları üzrə 543 min 389 uşaq icbari dispanserizasiya müayinələrinə cəlb olunub.

Bu müayinələr Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinin tibb heyəti tərəfindən Bakı şəhərinin orta ümumtəhsil, məktəbəqədər təhsil müəssisələri və xüsusi internat məktəblərində həyata keçirilib. Müayinələrdə həkim-pediatr, həkim-nevroloq, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-cərrah, həkim-stomatoloq, həkim-laborant və s. ixtisaslı mütəxəssislər iştirak edib.

Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub.

Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir.

İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Azərbaycanda oktyabrın 8-də havanın əsasən yağmursuz olacağı, bəzi yerlərdə çiskinli olacağı gözlənilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin