Nəşr edilmişdir 09/29/2024

Paylaşın

XƏBƏRLƏR

İlham Əliyev: Dünyada artmaqda olan irqçilik meyilləri hamımızı narahat edir

“Dünyada etnik-dini zəmində artmaqda olan nifrət və irqçilik meyilləri hamımızı narahat edir”.

“BakıBaku” “Report“-a istinadən xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Beynəlxalq Prokurorlar Assosiasiyasının Bakı şəhərində keçirilən 29-cu İllik Konfransı və Ümumi Yığıncağının iştirakçılarına ünvanladığı müraciətdə yer alıb.

Dövlət başçısı bildirib ki, transsərhəd cinayətkarlığının yeni forma və təzahürlərinin, o cümlədən kibercinayətkarlığın yeni növlərinin meydana gəlməsi, sosial media platformaları, süni intellektin yaratdığı imkanlardan cinayətkarlıq, terrorizm məqsədilə istifadə edilməsi prokurorluq orqanlarının qarşısında yeni və mürəkkəb çağırışlar qoyur.

“Əminəm ki, “Qanunun aliliyinin təmin edilməsində prokurorun rolu” mövzusuna həsr olunmuş dördgünlük konfrans ortaq məqsədlərə töhfə verəcək və daha böyük əməkdaşlığa yol açacaqdır”, – deyə müraciətdə qeyd edilib.

Loading

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Mayın 31-də Qaradağ rayonu, Lökbatan qəsəbəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə tədbir keçirilib

Ən son

GÜNDƏM

Hər il 1 iyun tarixində dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur.

GÜNDƏM

Hər il 1 iyun tarixində dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunur.