33 yaşlı braziliyalı MMA döyüşçüsü, UFC-nin yarım ağır çəkidə təmsilçisi Conni Uoker maraqlı açıqlama ilə çıxış edib.
Baki-baku.az-ın məlumatına görə, tanınmış döyüşçü bildirib ki, hazırda UFC-nin orta çəki dərəcəsində Hamzat Çimayevi məğlub edə biləcək səviyyədə idmançı yoxdur.
Uokerin sözlərinə görə, Çimayevin güləş bacarığı onu digər döyüşçülərdən açıq-aşkar fərqləndirir:
“Çimayev Driqus Du Plessiyə qarşı döyüşündə əsl ustalıq nümayiş etdirdi. Onun güləşi tamamilə başqa səviyyədədir. O, kəmərə layiqdir. Oktaqona çıxdı və işini rahat şəkildə gördü. Məncə, hazırda orta çəkidə onu məğlub edə biləcək idmançı yoxdur. Elə bir döyüşçü bəlkə də gələcək aylarda və ya illərdə meydana çıxa bilər, amma bu gün üçün yoxdur.” – deyə Uoker Helen Yee Sports-un YouTube kanalında bildirib.
Hamzat Çimayev son illərdə UFC-də sürətlə yüksələn və azarkeşlərin böyük marağına səbəb olan döyüşçülərdən biridir. Onun həm güləş, həm də vuruş bacarıqları bir çox mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, Çimayevin dominant üslubu, xüsusən də parterdə rəqiblərinə nəfəs alma imkanı verməməsi, onu orta çəkidə çempiona çevirib. Bu səbəbdən də Conni Uoker kimi UFC ulduzları hesab edir ki, yaxın gələcəkdə Çimayevi dayandırmaq çox çətin olacaq.