Gündəlik rasionda bitki mənşəli məhsulların payını artırmaq stressi azaltmağa və diqqəti cəmləməyə kömək edir.
Baki-baku.az-ın məlumatına görə, bu cür qidalar beynin həddindən artıq yüklənməsinin qarşısını alır, həmçinin orqanizmdə stres hormonu olan kortizolun səviyyəsini aşağı salır.
Xüsusilə tünd rəngli giləmeyvələr, yaşıl yarpaqlı tərəvəzlər və qoz-fındıq tövsiyə olunur. Giləmeyvələr antioksidantlarla zəngindir, yarpaqlı göyərtilər və qoz-fındıq isə maqnezium mənbəyi kimi əsəb sistemini möhkəmləndirir və gərginliyi azaldır.
Həkimlər tövsiyə edir ki, düzgün qidalanma ilə yanaşı, gündəlik həyat tərzində balansı qorumaq da vacibdir. Yetərli yuxu, açıq havada gəzinti və fiziki aktivlik də stressin təsirini azaldan amillərdəndir.
Digər tərəfdən, bəzi qidalanma vərdişlərinə diqqət etmək lazımdır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, saqqızın tez-tez çeynənməsi mədə xorası, yüksək təzyiq və allergiyası olan insanlar üçün zərərli ola bilər.
Bundan əlavə, uşaqlar üçün saqqız həm boğulma riski, həm də həssas mədə-bağırsaq sistemi səbəbindən təhlükəli hesab olunur.
Qeyd edək ki, payız mövsümündə bəzi xroniki xəstəliklər kəskinləşə bilər. Ona görə də mövsümi rasionun sağlam və balanslı şəkildə qurulması vacibdir.