Avstraliyanın Edit Kouen Universitetinin alimləri müəyyən ediblər ki, brokoli, kələm və gül kələmi kimi xaççiçəklilər fəsiləsinə aid tərəvəzlər qan şəkərinin səviyyəsini sabit saxlamaqda kökümeyvəlilər və balqabaqkimilərdən daha faydalıdır.
Baki-baku.az “Journal of Nutrition, Health and Aging” jurnalında dərc olunan araşdırmaya əsasən xəbər verir.
Araşdırmaya görə, 14 günlük sınaqda iştirakçılar əvvəlcə brokoli, kələm və gül kələmi, daha sonra isə kartof, yerkökü, batat və balqabaq yeyiblər. Nəticələr göstərib ki, xaççiçəklilər qan şəkərinin “sıçrayışlarını” azaltmaqda daha effektlidir.
Mütəxəssislər bildirirlər ki, belə pəhriz yeməkdən sonra qanda qlükozanın kəskin artmasının qarşısını alır və gün ərzində səviyyəni daha stabil saxlayır. Bu isə uzunmüddətli sağlamlıq üçün mühüm amil sayılır, çünki qeyri-sabit qan şəkəri hazırda dünyada yüz milyonlarla insanda müşahidə olunur.