Yer kürəsinin mərkəzində yerləşən, dəmirlə zəngin olan nüvə planetin formalaşmasında mühüm rol oynayıb. O, yalnız günəş radiasiyasından qoruyan qlobal maqnit sahəsini yaratmır, həm də litosfer plitələrinin hərəkətinə təsir edərək qitələrin formasını dəyişir.
Baki-baku.az xəbər verir ki, araşdırma “Nature Communications” jurnalında dərc olunub. Yeni araşdırmada bildirilir ki, nüvənin bir çox xüsusiyyətləri hələ də tam aydın deyil.
Son tədqiqatların nəticələrinə əsasən, Yerin nüvəsində dəmir və karbonla yanaşı, həmçinin müəyyən miqdarda oksigen və ehtimal ki, silikon da mövcuddur.
Alimlərin sözlərinə görə, bu kəşf nüvənin tərkibini, bərkimə prosesini və onun Yer kürəsini daxildən necə formalaşdırdığını anlamağa mühüm töhfə verəcək.