Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/19/2025

Paylaşın

HƏR ŞEYDƏN

Xanımların avtomobil idarə edərkən ən çox buraxdıqları 5 SƏHV

IMG-20250919-WA0248

Son illərdə qadın sürücülərin sayı Azərbaycanda da artmaqdadır.

Baki-baku.az-ın məlumatına görə, bu, cəmiyyət üçün müsbət hal sayılsa da, mütəxəssislər qeyd edirlər ki, xanımlar arasında tez-tez rast gəlinən bəzi səhvlər həm onların, həm də digər sürücülərin təhlükəsizliyini risk altına alır.

  1. Dəyişən şəraitə uyğunlaşmamaq
    Yağış, qar və dumanlı havada bəzi xanım sürücülər yol şəraitinə uyğun sürət götürmədiklərinə görə qəza riski artır.
  2. Telefonla danışmaq və diqqəti yayındırmaq
    Araşdırmalara görə, qadın sürücülər telefonla danışmağa və mesaj yazmağa daha çox meyllidirlər ki, bu da qəza ehtimalını bir neçə dəfə yüksəldir.
  3. Avtomobilin texniki baxışına laqeyd yanaşmaq
    Yağ, təkər təzyiqi və ya əyləc sistemi kimi texniki detallara diqqət yetirməmək yolda ciddi problemlərə səbəb ola bilər.
  4. Güzgülərdən düzgün istifadə etməmək
    Güzgülərin tənzimlənməməsi və ya yol boyu kifayət qədər izlənməməsi nəticəsində zolaq dəyişərkən qəza halları tez-tez baş verir.
  5. Park etmə zamanı çətinliklər
    Ən çox rast gəlinən problemlərdən biri də park etmədir. Dar məkanlarda maşını yerləşdirməkdə çətinlik çəkən xanımlar tez-tez digər avtomobillərə xəsarət yetirirlər.

Qeyd edək ki, qadınların sürücülükdə aktiv rolu təqdirəlayiqdir. Lakin təhlükəsizlik qaydalarına daha ciddi riayət edilməsi, diqqətin tam yola yönəldilməsi və texniki biliklərin artırılması vacibdir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış nəticəsində xəsarət alan 3 nəfər Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin