Gündüz yuxusu yetkin insanların iş qabiliyyətini, əhvalını və ümumi sağlamlığını yaxşılaşdıra bilər.
Baki-baku.az gazeta.ru-ya istinadən bildirir ki, gündüz mürgüləməsi stresin azalmasına, diqqət və yaddaşın güclənməsinə, həmçinin immun sisteminin möhkəmlənməsinə kömək edir.
Bunu rusiyalı somnoloq, tibb elmləri namizədi və psixiatr Yelena Kolesniçenko müsahibəsində bildirib.
Onun sözlərinə görə:
Gündüz yuxusu diqqəti artırır və gecə az yatdıqdan sonra yaranan yuxululuğu azalda bilər, amma tam şəkildə gecə yuxusunu əvəz etmir.
Optimal vaxt günorta saat 15:00-a qədərdir, davametmə müddəti isə 10–20 dəqiqə olmalıdır.
Bu vaxtdan sonra yatmaq gecə yuxusunda problemlərə səbəb ola bilər.
Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, gündüz yuxusundan sonra bəzən insanın özünü yorğun və çaşqın hiss etməsi mümkündür. Bu hal “yuxu ətaləti” adlanır və 20–30 dəqiqədən çox yataraq dərin yuxu fazasına keçməyin nəticəsində yaranır.
Deməli, qısa və vaxtında edilən gündüz yuxusu həm beyin fəaliyyətinə, həm də ümumi sağlamlığa müsbət təsir göstərir.