Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/18/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Bazarlarda satılan bu ərzaqlar sağlamlıq üçün təhlükəlidir? 

Ərzaq

Bakı və bölgələrdə düyü, un, çay və digər əsas ərzaq məhsulları bazar piştaxtalarında çəki ilə satılır.

Baki-baku.az-ın məlumatına görə, bu məhsulların istehsal tarixi və saxlanma müddəti bilinmədiyi üçün istehlakçılar müəyyən risklərlə üzləşə bilər.

Mütəxəssislər xəbədarlıq edir ki, belə məhsulların təhlükəli tərəfləri olur. BElə ki, istehlakçılar məhsulun nə qədər köhnə olduğunu bilmirlər, bu isə qida zəhərlənməsinə səbəb ola bilər. Eyni zamanda düyü, un, çay və digər quru ərzaqlar düzgün saxlanmadıqda rütubət, böcək və mikrob infeksiyalarına yol aça bilər.

Tarixi və keyfiyyət sertifikatı olmayan məhsulların istifadəsi xroniki xəstəlikləri olan insanlar üçün xüsusilə riskli ola bilər. Vaxtı keçmiş və ya düzgün saxlanmayan məhsullar dad və qida dəyərini itirə bilər.

Ekspertlər tövsiyə edir ki, istehlakçılar mümkün qədər paketlənmiş, etiketli və istehsal tarixi göstərilən məhsulları seçsinlər. Eyni zamanda bazarlarda satışa çıxarılan məhsulların saxlanma şərtlərinə diqqət yetirmək vacibdir.

Bazarlarda ucuz və əlçatan məhsullar cazibədar görünə bilər, amma sağlamlıq hər şeydən öncə gəlir. İstehlakçılar bu xəbərdarlıqlara diqqət etməklə həm riskləri azalda, həm də ailəsini təhlükəsiz ərzaqla təmin edə bilərlər.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Abşeron, Yevlax və Ağstafa rayonlarının inzibati ərazilərində yaşıllıqların

Ən son

GÜNDƏM

Dekabrın 8-dı Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.

GÜNDƏM

Dekabrın 8-dı Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli olacağı gözlənilir.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin