Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/18/2025

Paylaşın

İdman

PSJ daha bir əsas futbolçusunun zədələndiyini açıqladı

Juao Neveş, PSJ

PSJ klubunun yarımmüdafiəçisi Juao Neveş Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci turunda “Atalanta” ilə keçirilən oyunda (4:0) sol dizaltı vətərindən zədələnib.

Baki-baku.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilir ki, portuqaliyalı futbolçu gələn həftəyə qədər müalicə alacaq. Neveş həmin görüşün 58-ci dəqiqəsində əvəzlənib.

Beləliklə, o, sentyabrın 21-də, bazar günü keçiriləcək Fransa çempionatının 5-ci turunda “Marsel”lə matçı buraxacaq.

Qeyd edək ki, daha öncə yığma oyunları ilə bağlı fasilə zamanı komandanın hücumçuları Usman Dembelenin və Dezire Duenin də zədələndiyi açıqlanmışdı.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində kafedə partlayış nəticəsində xəsarət alan 3 nəfər Yanıq Mərkəzinə hospitalizasiya olunub.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin