Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/17/2025

Paylaşın

HƏR ŞEYDƏN

Manqan mavisi: Pollokun sənətində gizlənən rəng

IMG-20250917-WA0031

Məşhur abstrakt ekspressionist rəssam Cekson Pollokun 1948-ci ildə yaratdığı “Nömrə 1A” əsərinin gizli sirri nəhayət ki, açılıb.

Baki-baku.az xəbər verir ki, bu əsər Pollokun klassik üslubunu – kətana boya səpmə texnikasını – əks etdirir. O, hətta rəsmin yuxarı hissəsində öz əl izlərini buraxaraq ona şəxsi toxunuş qatmışdı. Lakin illərlə sənətşünasları düşündürən əsas sual əsərdə istifadə olunan mavi piqmentin mənşəyi idi.

“The Guardian”ın yazdığına görə, alimlər lazer texnologiyası ilə boyanın molekulyar quruluşunu araşdırıblar. Nəticədə rəngin özünəməxsus kimyəvi “barmaq izi” aşkarlanıb. Bu analiz Pollokun digər rənglərdə istifadə etdiyi piqmentlərin də öyrənilməsinə imkan yaradıb.

Araşdırma sübut edib ki, rəssam əsərində “manqan mavi” adlı sintetik piqmentdən istifadə edib. Bu rəng XX əsrin ortalarında rəssamlar arasında məşhur idi, lakin 1990-cı illərdə ekoloji səbəblərdən istehsalı dayandırılıb.

Mütəxəssislərin sözlərinə görə, bu kəşf sənət tarixində mühüm əhəmiyyət daşıyır. Çünki nəticələr əsərlərin bərpasına kömək etməklə yanaşı, sənət əsərlərinin orijinallığını yoxlamaqda da mühüm rol oynayacaq.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə "Benfika" (Portuqaliya) ilə qarşılaşıb.

Ən son

Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin