Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/16/2025

Paylaşın

İdman

“Qarabağ”ın 335,8 milyonluq rəqibi – “Benfika”nın ən bahalı futbolçuları

“Benfika”nın ən bahalı futbolçuları, Benfika, "Qarabağ" FK

Bu gün Lissabondakı “Eştadiu da Luş” stadionunda keçiriləcək “Benfika” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Baki-baku.az-ın məlumatına görə, Portuqaliyanın ən titullu klublarından biri olan “Benfika” 2 dəfə Çempionlar Liqasının qalibi olub, ölkə çempionluğunu isə 38 dəfə qazanıb.

Bundan əlavə, klubun aktivində 26 dəfə Portuqaliya Kuboku, 8 dəfə Liqa Kuboku və 10 dəfə Superkubok titulları var.

Hazırda klubun ümumi dəyəri 335,8 milyon avro təşkil edir. Heyətdə 27 futbolçu var, onların orta yaşı 24,1-dir. Komandada 16 legioner (59,3 %) çıxış edir, həmçinin 15 oyunçu öz milli yığmalarının üzvüdür. Klubun ev oyunlarını keçirdiyi “Eştadiu da Luş” arenası 68 min 100 tamaşaçı tutumuna malikdir.

“Benfika”nın ən dəyərli futbolçuları:

Vangelis Pavlidis (Yunanıstan) – 35 milyon avro

António Silva (Portuqaliya) – 32 milyon avro

Tomás Araujo (Portuqaliya) – 32 milyon avro

Georgiy Sudakov (Ukrayna) – 32 milyon avro

Anatoliy Trubin (Ukrayna) – 28 milyon avro

Ümumiyyətlə, komandanın heyətində dəyəri 20 milyon avro və daha çox olan bir neçə oyunçu var. Onlardan Fredrik Aursnes (Norveç, 20 milyon avro) və Dodi Lukebakio (Belçika, 20 milyon avro) da “Qarabağ” üçün xüsusi təhlükə yarada biləcək futbolçular sırasında göstərilir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как передаёт Baki-baku.az со ссылкой на «DW», правительство ФРГ

Ən son

İdman

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyunu start götürüb.

İdman

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun "Benfika" (Portuqaliya) - "Qarabağ" oyunu start götürüb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin