Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/16/2025

Paylaşın

HƏR ŞEYDƏN

Fantastikadan gerçəyə: Stanislav Lemin “ağıllı tozu” artıq həyatda

1963-cü ildə polyak yazıçı Stanislav Lem “Qalib” (“Niezwyciezony”) əsərində atmosferi öyrənən, havada sərbəst dolaşa bilən süni nanobotlardan bəhs edirdi. Baki-baku.az xəbər verir ki, onlar təkbaşına zəif görünsələr də, birləşərək enerji toplayan və “canlı toz buludu”na çevrilən güclü mexanizm yaradırdılar. O vaxt yalnız fantastika sayılan bu ideya bu gün “ağıllı toz” (smart dust) texnologiyası ilə gerçəkləşir.

“Futurism”in məlumatına görə, ABŞ Müdafiə Nazirliyinin DARPA agentliyi bu sahədə ilk addımları atıb, sonradan araşdırmalar universitetlərə və korporativ laboratoriyalara yayılıb. Əvvəlcə düyü dənəsi böyüklüyündə olan prototiplər artıq 0,02 mm³ ölçüsünə qədər kiçildilib.

Bu mikrosensorlar temperaturu, rütubəti, işıq və səs səviyyəsini ölçür, yaxın gələcəkdə isə havanın kimyəvi tərkibini də analiz edə biləcək. Mütəxəssislərin sözlərinə görə, gələcəkdə “toz dənələri” havada sərbəst qalaraq limitsiz məlumat ötürmək gücünə sahib olacaq.

Hazırda texnologiyanın bazar dəyəri 115 milyon dollardır. Proqnozlara görə, 2032-ci ildə bu rəqəm 400 milyon dollara çatacaq. Amma ən böyük çətinlik sensorların qısa ömürlü olması və məhdud məsafədə işləməsidir. Alimlər indi məhz bu problemlərin həllinə fokuslanıblar.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

В 1963 году польский писатель Станислав Лем в романе «Непобедимый» описал искусственных наноботов, которые изучали атмосферу

Ən son

GÜNDƏM

Baki-baku.az xarici mediaya istinadla xəbər verir ki, təhlil 10 aparıcı generativ modeli əhatə edib. Onların

GÜNDƏM

Baki-baku.az xarici mediaya istinadla xəbər verir ki, təhlil 10 aparıcı generativ modeli əhatə edib. Onların
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin