Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/15/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Zərərli qidalar yaddaşa mənfi təsir göstərə bilər

Zərərli qidalar, Yaddaş

Amerika Birləşmiş Ştatlarından (ABŞ) olan alimlər xəbərdarlıq ediblər ki, doymuş yağlarla zəngin zərərli qidaların yaddaş və öyrənmə qabiliyyətinə zərər verməsi mümkündür. ABŞ-ın Çapel-Hill Şimali Karolina Universitetinin apardığı araşdırmaya görə, cəmi bir neçə gün bu cür qidalarla qidalanmaq beynin yaddaşa cavabdeh hissəsi olan hipokampı poza bilər.

Baki-baku.az “The İndependent” nəşrinə istinadla xəbər verir ki, tədqiqat zamanı siçanlar üzərində aparılan təcrübələr göstərib ki, zərərli qida beyindəki hüceyrələri həddindən artıq aktivləşdirir. Bu hiperaktivlik daha əvvəl demans və Alsheymer kimi xəstəliklərlə əlaqələndirilib. Səbəb isə beynin əsas enerji mənbəyi olan qlükozanı istifadə edə bilməməsidir. Tədqiqatçılar bu problemdə “PKM2” adlı zülalın da rol oynadığını aşkarlayıblar.

Araşdırma, həmçinin göstərib ki, ultra emal olunmuş qidalar, məsələn, çizburger, kartof qızartması və s. təkcə yaddaşa yox, ümumi sağlamlığa da ciddi ziyan vura bilər. Bu cür qidalar ürək xəstəlikləri, insult, xərçəng və reproduktiv problemlərlə də əlaqələndirilir.

Bununla yanaşı, alimlər müəyyən pəhriz dəyişikliklərinin, o cümlədən aralıq orucun beyin hüceyrələrinin fəaliyyətini normallaşdıra biləcəyini müəyyən ediblər. Bu üsulun insanlar üçün də faydalı olub-olmadığını araşdırmaq üçün əlavə tədqiqatlara ehtiyac var.

Alimlər hesab edirlər ki, bu cür yanaşmalar gələcəkdə demans və Alsheymer xəstəliyinin qarşısının alınmasına kömək edə bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Sentyabrın 15-i Azərbaycanda hər il olduğu kimi bu dəfə də minlərlə şagirdin və tələbənin məktəb partasına, auditoriya sıralarına

Ən son

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Fəsil dəyişkənliyi virusları, xüsusilə payız və qış aylarında, insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Fəsil dəyişkənliyi virusları, xüsusilə payız və qış aylarında, insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin