Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/11/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Kofeini azaltmaq yuxugörməni maraqlı edə bilər

Kofein, Yuxu, Yuxugörmə, Yuxu yozmaları

Son araşdırmalar və müşahidələr göstərir ki, kofein qəbulunu azaltmaq bəzi insanlarda qəribə və maraqlı yuxugörmələrə səbəb ola bilər.

Baki-baku.azsciencealert.com” saytına istinadla xəbər verir ki, kofein beyində yuxululuq hissini yaradan adenozin adlı kimyəvi maddəni bloklayaraq insanı ayıq saxlayır. Ancaq gec saatlarda qəbul edilən kofein yuxuya getməni çətinləşdirir, dərin və bərpaedici yuxunu azaldır. Bu da ümumilikdə yuxunun keyfiyyətinə mənfi təsir edir.

Mütəxəssislər bildirirlər ki, kofeini azaltdıqda orqanizm daha çox REM yuxusu keçirə bilər. REM mərhələsi həm yuxuların görüldüyü, həm də onların daha asan xatırlandığı dövrdür. Bu səbəbdən bəzi insanlar kofeini kəsdikdən sonra yuxularının daha yaxşı olduğunu deyirlər. Bununla belə, elm hələ kofein və yuxular arasında birbaşa əlaqəni tam təsdiqləmir.

Mütəxəssislər hesab edirlər ki, bu təsir yalnız bir neçə gün və ya həftə davam edə bilər. Kofein qəhvə və enerji içkilərində olduğu kimi, çay, şokolad, qazlı içkilər və bəzi dərmanlarda da mövcuddur. O, yaddaş və psixi sağlamlıq üçün faydalı təsirlərə malikdir. Əgər məqsəd daha yaxşı yuxu əldə etməkdirsə, tamamilə imtina etmək əvəzinə, kofeini yatmazdan ən azı 8 saat əvvəl dayandırmaq tövsiyə olunur. Bu, həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də maraqlı yuxugörmələrə şərait yarada bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Bakı İqlim Fəaliyyəti Həftəsi üçün qeydiyyat prosesi başlayıb.

Ən son

ОБО ВСЕМ

Как сообщает Baki-baku.az, впервые идея организованного обучения родилась на берегах Нила

ОБО ВСЕМ

Как сообщает Baki-baku.az, впервые идея организованного обучения родилась на берегах Нила
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin