Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/09/2025

Paylaşın

HƏR ŞEYDƏN

Almaniyada 125 min ilədək yaşı olan mamont dişi tapılıb

Mamont dişi, Mamont, Almaniya, Düsseldorf şəhəri, Reyn çayı

Almaniyanın Düsseldorf şəhərində, Reyn çayının sahilində 125 min ilədək yaşı olan mamont dişi tapılıb.

Baki-baku.azTagesschau”ya istinadla bildirir ki, həvəskar arxeoloq tərəfindən aşkarlanan dişin uzunluğu 30 santimetr, çəkisi 4 kiloqramdır.

Bonn şəhərindəki Torpaq Abidələrinin Qorunması İdarəsinin arxeoloqu Filip Şulte bildirib ki, dişin qorunma vəziyyəti qeyri-adi dərəcədə yaxşıdır və üzərindəki cızıqlar tipik xüsusiyyətlərdir. Dişin uzun müddət suda saxlanılması tələb olunur.

Tapıntının deqradasiyasının qarşısının alınması üçün Rur muzeyində müvafiq işlər görülür.

Dişi tapan 44 yaşlı həvəskar arxeoloq illərdir Reyn çayının sahilində qədim əşyalar axtardığını, Roma və Kelt dövrlərinə aid bir sıra tapıntılar aşkarladığını bildirib. Onun kolleksiyasına sikkələr, saatlar və hələ partlamamış bombalar da daxildir.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Xəbər verdiyimiz kimi, əldə etdiyimiz məlumata görə, avtomobillər üçün yeni dövlət qeydiyyat nişanlarının çipsiz verilməsinə başlanıb.

Ən son

GÜNDƏM

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb.

GÜNDƏM

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsində qaz təchizatında müvəqqəti fasilə yaranıb.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin