Beyni məşq etdirmək mümkündürmü?
Əksər insanlar düşünür ki, zəka və yaddaş doğuşdan gələn xüsusiyyətlərdir və onları dəyişdirmək çətindir. Amma bu gün elm sübut edir: beyin də əzələlər kimi inkişaf etdirilə bilər. Düzgün üsullarla məşq etdikcə beynimizin imkanlarını genişləndirmək, daha iti düşünmək və daha yaxşı yadda saxlamaq mümkündür.
Beyin məşqinin elmi əsası nədir?
Beynimizdə təqribən 86 milyard neyron (sinir hüceyrəsi) var. Bu hüceyrələr bir-biri ilə sinapslar vasitəsilə əlaqə qurur. Neyroplastiklik adlı proses sayəsində bu əlaqələr daim dəyişə, möhkəmlənə və ya yenidən qurula bilər. Bu o deməkdir ki, beyin daim öyrənməyə və inkişaf etməyə qadirdir.
Məşq zamanı beynin müxtəlif bölgələri aktivləşir və bu da neyronlar arasında daha güclü əlaqələrin yaranmasına səbəb olur, eynən əzələlərdə məşqdən sonra liflərin möhkəmlənməsi kimi.
Beyni necə məşq etdirmək olar?
Aşağıdakı üsullar beyini “formada qalamağa” və gücləndirməyə kömək edir:
- Yeni şeylər öyrənmək
Yeni dil, musiqi aləti və ya proqramlaşdırma öyrənmək.
Fərqli mövzularda kitab oxumaq və analiz etmək.
- Yaddaş məşqləri
Telefon nömrələrini, şeirləri əzbərləmək.
“Memory games” – yaddaş oyunları oynamaq.
- Problemləri həll etmək
Sudoku, şahmat, Rubik kubu və loqarifmik tapşırıqlar beynin məntiq və strateji düşünmə sahələrini inkişaf etdirir.
- Fiziki fəaliyyət
Bəli, təəccüblü olsa da, idman da beyni gücləndirir! Gündəlik yürüş, qaçış və ya yoqa beyin qan dövranını yaxşılaşdırır və diqqəti artırır.
- Meditasiya və diqqət məşqləri
Beyin yorğun düşəndə onun məhsuldarlığı da azalır. Meditasiya zehni təmizləyir, fokuslama qabiliyyətini artırır.
Gündə cəmi 20 dəqiqə kifayətdir
Araşdırmalar göstərir ki, gündə 20-30 dəqiqəlik zehni məşq belə, uzun müddətli effektlər verir. Xüsusilə yaş artdıqca beyini məşq etdirmək yaddaş itkisi, demensiya və Altsheymer riskini azalda bilər.
Zehni passiv buraxma, məşq etdir!
Beyin məşq olunmadıqda zəifləməyə meyilli olur. Ancaq onu daim aktiv saxlayanlar daha uzun müddət gümrah qalır, çevik düşünür və daha yaxşı qərarlar verir. Zəka dəyişməz deyil, o, inkişaf etdirilə bilər.
Yəni yadda saxla: beyin də əzələ kimidir, işlədikcə güclənir, boş buraxdıqca zəifləyir.
Xanım Aydın