Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/08/2025

Paylaşın

HƏR ŞEYDƏN

Uzunömürlülüyün daha bir sirri məlum oldu

IMG-20250908-WA0202

Yeni biliklərə maraq demensiya riskini azaldır.

Baki-baku.az xəbər verir ki, Qərbi Karolina Universitetinin (ABŞ) psixologiya fakültəsinin dosenti Meri Uotli “The Guardian”a bildirib ki, yaşlandıca öyrənməyə maraqlı qalmaq beyin sağlamlığını qorumağa kömək edir.

Mütəxəssisin sözlərinə görə, yeni şeylərə maraq göstərən yaşlı insanlar beyin üçün faydalı həyat tərzinə daha çox üstünlük verirlər. Onlar öyrənməyə davam edir, açıq havada vaxt keçirir və yaşıdları ilə aktiv ünsiyyət saxlayırlar. Bu vərdişlər uzun müddət idrak sağlamlığını qorumağa imkan verir.

Buna qədər aparılan tədqiqatlar göstərib ki, azhərəkətli həyat tərzi və sosial təcrid yaşlılarda zehni zəifləməni sürətləndirir. Ev şəraitində daim qapanıb qalmaq kognitiv deprivasiyaya – yəni ətraf aləmlə bağlı informasiya çatışmazlığına səbəb olur. Bunun nəticəsində neyromediatorların fəaliyyəti zəifləyir və beyin ehtiyatları tükənir.

Psixoloq qeyd edib ki, yaş artdıqca yeni şeylərə maraq təbii olaraq azalır. İlk dəyişikliklər adətən 40 yaşdan etibarən hiss olunur. Sonrakı dövrdə isə bəzi insanlarda maraq yenidən güclənir, digərlərində isə zəifləməyə davam edir.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Azərbaycanın daha bir boksçusu Liverpulda təşkil olunan dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

Ən son

TARİXİMİZ

Musa peyğəmbər “Tanrını göstər ona biət edək” deyən, qövmünün qınağından xilas olmaq üçün peyğəmbər Tur

TARİXİMİZ

Musa peyğəmbər “Tanrını göstər ona biət edək” deyən, qövmünün qınağından xilas olmaq üçün peyğəmbər Tur
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin