Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/08/2025

Paylaşın

SAĞLAMLIQ VƏ GÖZƏLLİK

Yüksək qan təzyiqinə qarşı yeni müalicə üsulu uğurlu nəticə verib

Yüksək qan təzyiqinə qarşı yeni müalicə, Qan təzyiqi, “Baxdrostat”

Alimlər yüksək qan təzyiqindən əziyyət çəkən və mövcud dərmanlarla nəticə əldə edə bilməyən xəstələr üçün effektiv yeni dərman vasitəsi aşkarlayıblar.

Baki-baku.azIndependent”ə istinadla xəbər verir ki, araşdırmalar nəticəsində “baxdrostat” adlı yeni preparatın qan təzyiqini əhəmiyyətli dərəcədə aşağı sala bildiyi aşkarlanıb. Dünya üzrə 1,3 milyard yüksək qan təzyiqi xəstəsinin təxminən yarısının müalicəyə ehtiyacının olduğu bildirilir. Bu kateqoriyaya daxil olan pasiyentlər ürək tutması, insult, böyrək xəstəlikləri və erkən ölüm riskləri ilə daha çox üz-üzə qalırlar.

Alimlər tərəfindən aparılan və 214 klinikanı əhatə edən III fazalı klinik sınaqlarda təqribən 800 pasiyent iştirak edib.

Nəticələrə əsasən, gündəlik 1-2 milliqram “baxdrostat” qəbul edən şəxslərin qan təzyiqi 12 həftə ərzində orta hesabla 9-10 millimetr civə sütunu azalıb. Bu göstərici plasebo qrupunda müşahidə olunmayıb.

Tədqiqatçılar bildiriblər ki, “baxdrostat” qəbul edən xəstələrin təqribən 40 faizi sağlam qan təzyiqi səviyyəsinə çatıb.

Halbuki, plasebo qəbul edənlər arasında bu göstərici 20 faizdən də az olub. Mütəxəssislərin fikrincə, yeni dərman ürək-damar xəstəlikləri riskinin azalmasına mühüm töhfə verə bilər.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Milli dövlətçilik tariximizdə mühüm yer tutan eramızdan əvvəl IV əsrdən VII əsrdək mövcud olan, V əsrdən əlifbasını, yazı

Ən son

Mədəniyyət

Macarıstanın "Turan" Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə 14-16 avqust tarixlərində Macarıstanın Buqaç şəhərində IX

Mədəniyyət

Macarıstanın "Turan" Fondunun təşkilatçılığı və TÜRKSOY-un dəstəyi ilə 14-16 avqust tarixlərində Macarıstanın Buqaç şəhərində IX
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin