Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/05/2025

Paylaşın

HƏR ŞEYDƏN

Bu ölkələrdə “Facebook” qadağası var – SİYAHI

"Facebook" qadağası, "Facebook", Facebook, Sosial şəbəkə

“Facebook” dünya üzrə milyardlarla istifadəçisi olan ən populyar sosial şəbəkələrdən biridir.

Baki-baku.az xəbər verir ki, insanlar gündəlik olaraq bu platforma vasitəsilə dostları ilə əlaqə saxlayır, xəbərləri izləyir, iş və biznes üçün marketinq fəaliyyətləri aparır, qrup və cəmiyyətlərdə iştirak edirlər.

Gündəlik istifadəçilərin sayı milyardlarla ölçülür və platforma həm şəxsi, həm də professional həyatın ayrılmaz hissəsinə çevrilib.

Lakin bəzi ölkələrdə “Facebook” müxtəlif səbəblərlə tam və ya qismən qadağan edilib. Bu qadağalar adətən hökumətlərin informasiya axını üzərində nəzarəti artırmaq, siyasi müxalifəti məhdudlaşdırmaq və ya sosial sabitliyi qorumaq məqsədilə tətbiq olunur.

Facebook-un qadağan olunduğu bəzi ölkələr:

Çin – “Facebook” və “Instagram” “Böyük Firewall” vasitəsilə bloklanır.

Şimali Koreya – Vətəndaşların əksəriyyəti internetə çıxışa malik deyil, sosial şəbəkələr qadağandır.

İran – “Facebook” və “Instagram” siyasi səbəblərlə bloklanıb.

Rusiya – 2022-ci ildən etibarən “Facebook” və “Instagram”ı “ekstremist” kimi tanınıb və bloklanıb.

Nepal – Sosial şəbəkələr hökumət tələblərinə əməl etmədiyi üçün bloklanıb.

Somali – “Qismən və ya tamamilə “terrorçu təbliğat” səbəbilə qadağan edilib.

Türkiyə – Qismən bloklamalar və məhdudiyyətlər mövcuddur, əsasən etirazlar zamanı tətbiq edilir.

Braziliya – Qismən qadağalar, dezinformasiya ilə mübarizə qanunları çərçivəsində.

Misir – Sosial və siyasi etirazlar zamanı “Facebook” bloklanıb.

Vyetnam – Facebook-a giriş bəzən siyasi məzmun səbəbilə məhdudlaşdırılır.

Əfqanıstan – “Facebook” və digər sosial şəbəkələrə çıxış məhdudlaşdırılıb.

Efiopiya – Siyasi gərginliklər zamanı platforma qismən və ya tamamilə bloklanır.

Birma (Myanmar) – Hərbi çevrilişdən sonra sosial media qadağan edilib və ya məhdudlaşdırılıb.

Tunis – Etirazlar və hökumət tənqidinə görə qismən giriş məhdudiyyətləri tətbiq edilib.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu mətbəxin ən ləzzətli miraslarından biri – fəsəli, sanki xalqımızın həyat fəlsəfəsini xəmirin qatlarına bürüyərək bizə təqdim edir.

Ən son

HƏR ŞEYDƏN

Monqolustan – qədim adətlərin müasir dünyanın təzyiqi altında yox olmadığı ölkədir

HƏR ŞEYDƏN

Monqolustan – qədim adətlərin müasir dünyanın təzyiqi altında yox olmadığı ölkədir
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin