Zövq detallarda gizlidir: Yeni mövsümdə dırnaqları necə bəzəməli?
Biz yay günlərinin son dadını çıxararkən, ən uzaqgörənlər artıq payıza hazırlaşmağa başlayıblar. Manikür isə şübhəsiz ki, dəbli obrazın ayrılmaz hissəsidir. Elə isə gəlin, bu mövsümün əsas tendensiyalarını birlikdə nəzərdən keçirək.
Tünd çalarlar
Əgər sizə qotik estetika yaxındırsa, bu payız tünd manikürsüz keçinmək olmaz — amma diqqət, söhbət qara rəngdən getmir. Gavalı, bordo və dərin göy kimi çalarlara diqqət yetirin: bu rənglər istənilən obrazda maraqlı vurğu yarada bilər.
“Sabun effekti” verən dırnaqlar
Əgər iş şəraitinizə görə parlaq və ya uzun dırnaqlara icazə verilmirsə, bu trend sizin üçün əsl xilas olacaq. “Sabun effekti” verən dırnaqlar nüde (ten rəngi) manikürünün məntiqi davamıdır. Burada əsas vurğu rəngə yox, baxımlı və təmiz görünüşə verilir. Açıq çəhrayı alt tonlu şəffaf lak əllərin səliqəsini və zərifliyini daha da vurğulayır.
Əbədi klassika — qırmızı
Moda nə qədər dəyişsə də, qırmızı manikür daim aktual qalır. Bu payız isə xüsusilə trenddədir. Həm zərif, həm cəlbedici, həm də eleqant olan bu rəng qadınlığını vurğulamaq istəyənlər üçün ideal seçimdir — artıq bəzəksiz.
Minimalist frenç (fransız manikürü)
Səliqəli formaları və dəqiq xətləri sevənlər üçün bu payızda “düz frens” trenddədir. Geniş zolaqların əvəzinə, dırnaq uclarında incə və zərif xətt çəkilir. Bu isə gündəlik istifadə üçün həm sadə, həm də çox şıq variantdır.
Sədəf bəzəklər
Bu mövsüm sədəf tonları təkcə sırğa və boyunbağılarda deyil, hətta dırnaqlarda da öz yerini göstərəcək! Ən sadə üsul — dırnaqlara həcmli mirvari detallar əlavə etməkdir. Daha cəsarətli olanlar isə barokko üslubunda qeyri-adi teksturalı mirvari effektləri ilə eksperiment edə bilərlər.