Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 09/04/2025

Paylaşın

HƏR ŞEYDƏN

Dünyanın ən gənc adası

Təbiətin vulkanik gücü təkcə dağıdıcı deyil, həm də yaradıcıdır – bəzən elə gözlərimizin önündə baş verən hadisələr bunu sübüt edir. 1963-cü ilin noyabrında, İslandiyadan cəmi 30 kilometr aralıda, Atlantik okeanının dərinliklərindən sualtı vulkan püskürdü və bir neçə gün sonra suyun üzünə çıxan köpüklərin arasından yeni torpaq parçası göründü. Beləcə, bu gün 60 ildən bir qədər artıq yaşı olan Surtsey – planetimizin ən gənc adası meydana gəldi.

Baki-baku.az portal xəbər verir ki, Surtseyin yaranması dünya miqyasında sensasiyaya çevrildi: tarixdə ilk dəfə alimlər adanın formalaşma prosesini, torpağın təşəkkülünü, mikroorqanizmlərin, bitkilərin, quşların, hətta həşəratların məskunlaşmasını başlanğıcdan müşahidə etmək imkanı qazandılar.

Bu gün Surtsey elə bir bənzərsiz “canlı laboratoriya” rolunu oynayır ki, orada meydana gələn hər yeni cücərti və canlı bioloqlar tərəfindən tədqiq edilir. Ada açıq şəkildə göstərir ki, planetimiz nə qədər dinamik və dəyişkəndir. Yer planeti təkcə qədim qitələri qoruyub saxlamır, həm də yeni ərazilər yaradır ki, bununla da tədqiqatların aparılması üçün bəşəriyyət qarşısında sonsuz üfüqlər açır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az həmin şəxsiyyətin kimliyini təqdim edir:

Ən son

HƏR ŞEYDƏN

Monqolustan – qədim adətlərin müasir dünyanın təzyiqi altında yox olmadığı ölkədir

HƏR ŞEYDƏN

Monqolustan – qədim adətlərin müasir dünyanın təzyiqi altında yox olmadığı ölkədir
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin