Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/31/2025

Paylaşın

HƏR ŞEYDƏN

Şotland qardaşlar Sakit okeanı avar çəkməklə keçərək dünya rekordunu yenilədilər

Ceymi, Yuen və Laxlan Makleyn Sakit Okeanı avar çəkərək keçməklə yeni rekorda imza atıblar.

Baki-baku.az portalı xəbər verir ki, Edinburqdan olan qardaşlar Perudan Avstraliyaya qədər olan 14848 kilometrlik yolu 139 gün 5 saat 52 dəqiqəyə qət ediblər.

Onlar Fyodor Konyuxovun 2014-cü ildə müəyyən etdiyi 162 günlük rekordu yeniləyiblər.

Yolda avarçəkənlərə tədarükləri artırmaq qadağan olunub. Onlar 500 kiloqram dondurulmuş və qurudulmuş yemək, 75 kiloqram yulaf əzməsi və balıq tilovu ilə yola çıxıblar.

Qardaşlar rekorda imza atdıqları karbon lifli qayığa 1996-cı ildə hamiləliyin 6 ayında vəfat edən bacılarının xatirəsinə Rouz Emili adını veriblər.

Onlar Sakit Okeanı keçərək, Madaqaskarda təmiz su layihələri üçün 945.000 dollardan çox pul toplayıblar.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı… Səhər günəşinin Xəzər dalğalarına yansıdığı, küləyin qızılı saçları oynadan insanlarla dolu bir şəhər.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin