Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/07/2025

Paylaşın

HƏR ŞEYDƏN

Tanrılardan əvvəl kimə sitayiş edilirdi?

Totem, Tanrı, Sitayiş, Din

Totem – bəşəriyyətin DNT-sinə yazılmış qədim koddur

İbtidai insan göyə baxanda orada sadəcə günəşi yox, öz ulu əcdadının gözünü də görürdü. Vəhşi heyvanın nəriltisini eşidəndə isə bu, onun ulu əcdadlarının səsi kimi qəbul edirdi. Yazıdan, hətta tanrılardan da əvvəl insan şüurunda artıq Totem yaşayırdı – sadə bir rəmz kimi deyil, canlı mahiyyət, ulu babası, qoruyucusu, ruhunun aynası.

Baki-baku.az xəbər verir ki, Totemizm arxaik bir din yox, ən qədim ictimai matrisa, insanın ilk dəfə özünü dərk etdiyi mifdir. Avstraliyalı murrilər üçün o, “mənim vücudum”, Afrika qəbilələri üçün – rəqs, Qədim Romalılar üçün – legion bayrağındakı qartal. Hindistanda – müqəddəs inək. Dağıstanda isə sanki zaman qarşısında verilmiş and, əbədi bir qoruyucunu simvolizə edən qayada oyulmuş maral fiqurudur.

Arxeoloqlar araşdırmalarında bizon buynuzlu maskalar, tısbağa pəncəsi formasında saç düzümü olan rituallar aşkar edirlər.

Antropoloqlar isə böyük bir həqiqət qarşısındadırlar: insan sadəcə heyvanı təsvir etmirdi – o, ona çevrilirdi. Elə burada da psixologiya, mifologiya və ekologiya bir nöqtədə birləşərək totemizmə çevrilir. Və ən böyük həqiqət isə burada insan ilk dəfə öz “mən”ini yox, kainatda tutduğu yeri və mövqeyini dərk edir.

Totem – klanları, təbiəti və əxlaqı birləşdirən mifoloji Wi-Fi kimidir. Bu gün isə, ekosistemlər dağılarkən, həmin qədim çağırış yenidən səslənir: insan hansı sürüyə aid olduğunu unutmamalıdır. Bəlkə də, məhz totem yaddaşından XXI əsrin yeni ekoloji dini doğulacaq.

Axı biz öz heyvanlarımızın yaddaşı olmadan kimik ki?

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Как сообщает Baki-baku.az, люди отдают предпочтение более дешёвым и доступным вещам как по экономическим причинам, так и с

Ən son

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Almaniyanın “Geo” jurnalında dərc olunmuş məqalədə bildirilib

GÜNDƏM

Baki-baku.az xəbər verir ki, bu barədə Almaniyanın “Geo” jurnalında dərc olunmuş məqalədə bildirilib
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin