Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/04/2025

Paylaşın

ETNOQRAFIYA

Bakıda ən keyfiyyətli zəfəranın vətəni – Bilgəh

Zəfəran, Crocus sativus, Bitki, Bilgəh

Zəfəran (Crocus sativus) bitkidir. İncə ləçəklərinə baxmayaraq, özündən sonra qalıcı iz qoyan, tarixi mənbələrə görə, 4000 ildən çox yaşı olan zərif bir bitkidir. Min bir dərdin dərmanı olan zəfərandan uzun illər təbabətdə və məişətdə geniş istifadə olunub.

Baki-baku.az xəbər verir ki, etimologiyasının qədim Fars dilindən (qızıl düzülü) gəldiyi güman edilir. Kimyəvi tərkibinə görə əhval-ruhiyyəni qaldıra, xərçəng hüceyrələrini öldürə, şişkinliyi götürə bilir. Ümumən antioksidant kimi müsbət təsir göstərir.

Zəfəranın əsas istehsalçısı İrandır. Bu ölkənin payına dünya istehsalının 65 faizdən çoxu düşür və o, hər il 40-dan çox ölkəyə ümumilikdə 200 tona yaxın zəfəran ixrac edir. Keçmişdə zəfəran Sovet İttifaqı ərazisində yalnız Azərbaycanda əkilirdi.

Ölkəmizin, xüsusilə də Abşeron yarımadasının iqlim şəraiti zəfəranın becərilməsi üçün olduqca əlverişlidir. Buna görə də 1927-ci ildə Bilgəh kəndində “Zəfəran” sovxozu yaradılmışdı. Bu sovxoz ildə 150 kiloqram quru zəfəran istehsal edirdi. 1990-cı illərin ortalarında bir çox dövlət müəssisələri kimi bu sovxoz da dağıldı.

Hazırda zəfəran ölkəmizdə azad sahibkarlar tərəfindən əkilir.

Qeyd edək ki, xalq arasında keyfiyyətinə görə ən yaxşı zəfəran Bilgəh zəfəranı hesab olunur.

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Baki-baku.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti

Ən son

GÜNDƏM

Bakıda qəzalı binaların sayı və bu sahədə görülən işlər məlum olub.

GÜNDƏM

Bakıda qəzalı binaların sayı və bu sahədə görülən işlər məlum olub.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin