Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺
Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/29/2025

Paylaşın

HƏR ŞEYDƏN

Vatikanın taleyində Fransanın izləri

Roma papaları hər zaman Romada yaşamayıb. Belə ki, XIII əsrin sonlarında Fransa kralı IV Filip (Yaraşıqlı Filip) papa Bonifasi VIII ilə razılaşdırmadan din xadimlərinə vergi tətbiq etdi. Bu isə uzunmüddətli münaqişəyə və pontifikin ölümünə gətirib çıxardı.

Baki-baku.az portalının xəbərinə görə, 1309-cu ildə Filip papalara yeni iqamətgah təqdim etdi və yeni seçilmiş papa Kliment V Fransanın Avinyon şəhərinə köçdü.

“Papaların Avinyon əsirliyi” adlanan dövrdə cəmi yeddi papa hökm sürmüş və onların hamısı fransız olub. 1377-ci ildə VI Qriqorinin Romaya qayıdışından və növbəti il onun ölümündən sonra isə katolik kilsəsində parçalanma baş verdi: varisi Romada qaldı, narazı kardinaların seçdiyi antipapa isə yenidən Avinyona köçdü. Nəticədə Roma papaları Avinyon papaları üzərində qələbə qazandılar.

Hacı Cavadov

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bakı… Səhər günəşinin Xəzər dalğalarına yansıdığı, küləyin qızılı saçları oynadan insanlarla dolu bir şəhər.
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin