Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/25/2025

Paylaşın

HƏR ŞEYDƏN

82 illik gecikmə: Kitabxanaya qaytarılan “unudulmuş” kitabın maraqlı hekayəsi

82 illik gecikmə, Kitab, Kitabxana

ABŞ-nin Texas ştatında maraqlı bir hadisə baş verib – San Antonio şəhərindəki kitabxanaya düz 82 il əvvəl götürülmüş kitab geri qaytarılıb.

Baki-baku.az xəbər verir ki, “Uşağınız, ailəsi və dostları” adlı bu kitab 1943-cü ilin iyulunda kitabxanadan götürülmüş və 28 gün ərzində geri qaytarılması tələb olunmuşdu. Lakin kitab 2025-ci ilin iyun ayında Oreqon ştatından bağlama şəklində geri göndərilib.

Kitabla birlikdə göndərilən qeyddə bildirilir ki, onu göndərən şəxs atasının əşyaları arasında bu kitabı tapıb. O, kitabın nənəsinə məxsus olduğunu və nənəsinin həmin dövrdə iş məqsədilə Meksikaya göndərildiyini ehtimal edir.

Maraqlı məqam isə odur ki, 2021-ci ildə San Antonio kitabxanası gecikmiş kitablar üçün tətbiq olunan cərimə sistemini ləğv edib. Bu səbəbdən kitabı geri göndərən şəxsdən heç bir cərimə və ya ödəniş tələb olunmayıb.

Bu hadisə kitabsevərlərin yaddaşında “kitablar heç vaxt unudulmur” ifadəsinə yeni bir məna qatır.

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Чарльз Джоугин, главный пекарь «Титаника», вошёл в историю не только своим ремеслом, но и невероятной историей его спасения.