Language SwitcherAzərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/22/2025

Paylaşın

İdman

Məğlubiyyətsiz futbol: Norveç – Braziliya yığması üçün əbədi kabus

Məğlubiyyətsiz futbol, Norveç, Braziliya, Futbol

Braziliya yığması – futbolun əzəmət simvolu, beşqat dünya çempionu, qarşısında ən titullu komandaların belə baş əydiyi bir nəhəngdir.

Lakin bir komanda var ki, “seleçao”ya (Braziliya yığmasının ləqəbi) meydan oxuya bilib və onlarla keçirdiyi bütün oyunlarda məğlub olmayıb.

Baki-baku.az xəbər verir ki, söhbət Norveç millisindən gedir. Bu, dünyada Braziliyaya heç vaxt uduzmayan yeganə milli komandadır.

İki komanda arasında baş tutan dörd qarşılaşmanın nəticəsi belədir: iki dəfə Norveç qalib gəlib, iki dəfə isə heç-heçə qeydə alınıb. Bu qələbələrdən biri isə dünya futbol tarixində xüsusi yer tutur — məhz Norveç 1998-ci il dünya çempionatında Braziliyanı qrup mərhələsindən kənarlaşdırmışdı.

Beləcə, Norveç yığması hələ də Braziliyanın “toxunulmazlıq rekordunu” poza bilən yeganə komanda olaraq qalır. Üstəlik, bu Braziliya yığması bütün qitələrdən yüzlərlə rəqiblə qarşılaşıb və çoxuna qalib gəlib.

Buna görə də qırmızı-ağ vikinqlər — Norveç millisi, Braziliyanın futbol tarixində tək qaranlıq xatirə, bitməyən kabus olaraq qalır.

Hacı Cavadov

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Apple şirkətinin tarixi əfsanəvi göy qurşağı rəngli və ya bu günkü minimalist “dişlənmiş” alma loqosu ilə başlamamışdı.

Ən son

HƏR ŞEYDƏN

Manjet düyməsi (zaponka) sadəcə bir aksessuar deyil, əsrlərdir kişilərin geyim mədəniyyətində zəriflik və status simvolu

HƏR ŞEYDƏN

Manjet düyməsi (zaponka) sadəcə bir aksessuar deyil, əsrlərdir kişilərin geyim mədəniyyətində zəriflik və status simvolu