Azərbaycan dili 🇦🇿 |
Rus dili 🇷🇺

Language Switcher Azərbaycanca 🇦🇿 | Русский 🇷🇺

Nəşr edilmişdir 08/18/2025

Paylaşın

HƏR ŞEYDƏN

Dondurma qəbirstanlığı: Dadların məskunlaşdığı son mənzil

Dondurma qəbirstanlığı, Dondurma

ABŞ-nin Vermont ştatında dünyanın ən qeyri-adi qəbirstanlıqlarından biri yerləşir — Dondurma Qəbirstanlığı.

Bu qeyri-adi məkan, şirin dadlar ustaları kimi tanınan “Ben & Jerry’s” şirkəti tərəfindən yaradılıb. Burada müxtəlif səbəblərlə satışdan çıxarılmış dondurma növləri üçün bir növ muzey-memorial qurulub.

Baki-baku.az xəbər verir ki, bu “buzlu nekropolda” hər bir keçmiş dondurma dadına xüsusi yazılı başdaşı qoyulub. Hər bir başdaşında, vaxtilə hit olacağı gözlənilən, lakin ümidləri doğrultmayan bir dadın xatirəsi əbədiləşdirilib.

Məsələn, burada məşhur “White Russian” kokteylindən ilhamlanmış araq və qəhvə likörü dadlı dondurmanın “məzarını” görmək olar.

Keçmişin dadlarına həsrət qalanlar üçün Ben & Jerry’s rəsmi saytında xüsusi bir virtual səsvermə də təşkil edib. İstənilən şəxs sevdiyi, lakin artıq istehsal olunmayan dondurmanı seçərək ona yenidən həyat verməyə cəhd göstərə bilər — sadəcə kifayət qədər səs toplamaq kifayətdir.

Bu qəbirstanlıq təkcə maraqlı marketinq üsulu deyil, həm də real turistik məkan kimi məşhurlaşıb. Turistlər bura yaradıcılığın abidəsi kimi baş çəkir, brendin pərəstişkarları isə bu məkanı “planetin ən şirin qəbirstanlığı” adlandırırlar.

Hacı Cavadov

Bənzər Xəbərlər

“Bakıbaku” redaksiyası tərəfindən tərtib edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün ikinci matçına çıxacaq.

Ən son

GÜNDƏM

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) intensiv yağışların nəticələri ilə bağlı müvəqqəti qərargah yaradıb.

GÜNDƏM

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) intensiv yağışların nəticələri ilə bağlı müvəqqəti qərargah yaradıb.
Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors
Facebook
X (Twitter)
LinkedIn
Email

Пришлите нам статью

Məqalənizi göndərin