Dinlər dünyasında bəzən elə hadisələr baş verir ki, onlar təsadüfdən çox simvolik mənalar daşıyır.
Belə hadisələrdən biri də Nyu-Yorkun məşhur Bronx rayonunda baş verib. Artıq uzun illərdir ki, bu rayonda yəhudi əhalisinin sayı azalır. 2007-ci ildə icma üzvlərinin sayının azalması ilə Xabad sinaqoqu fəaliyyətini davam etdirmək üçün lazımi vəsaitdən məhrum oldu. Elə görünürdü ki, ultra-ortodoks yəhudilər öz mənəvi evlərini itirəcəklər.
Baki-baku.az saytının məlumatına görə, inanılmaz bir hadisə baş verdi: yerli Əl-İman məscidinin imamı yəhudi icmasını sığınacaqla təmin etdi. Müsəlman icması sinaqoq üçün məscidin içərisində geniş bir otaq ayırdı və orada müvəqqəti ibadət yeri yaradıldı. Yeni ibadətgah üçün vəsait toplanan müddətdə, yəhudilərin duaları məhz o dam altında səslənir ki, orada namazlar qılınır.
Bu hadisə XXI əsrdə belə, dinlərarası qonşuluq və hörmətin mümkünlüyünü sübut edən sensasiyalı bir nümunəyə çevrildi. Burada, eyni binada, İslam və Yəhudilik rəqabət aparmır, sülh içində birgə yaşayır. Məscid isə bu birlik və anlayışın nadir simvoluna çevrilir.
Hacı Cavadov